İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər cüzi artıb

Ötən həftə ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edən vətəndaşların sayı əvvəlki həftə ilə müqayisədə 6 min nəfər artmaqla 227 min nəfərə çatıb. Bu barədə ABŞ Əmək Nazirliyi məlumat yayıb.

Bloomberg-in rəyini aldığı ekspertlər işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayının 225 min nəfərə çatacağını proqnozlaşdırmışdılar.
Son dörd həftə ərzində işsizlik müavinətinə müraciətlərin orta sayı 233,5 mindən 228,25 minə düşüb.

22 iyulda başa çatan həftədə işsizlik müavinəti almağa davam edən amerikalıların sayı 21 min nəfər artmaqla 1,7 milyon nəfərə çatıb.

Qeyd edək ki, əmək bazarına dair göstəricilər ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinə dair qərarlarının qəbulunda mühüm faktorlardan biridir. İşsizliyin aşağı olması FED-in inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini qaldırmasına şərait yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR