İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da görünməmiş daşqınlar: Çox sayda ölən var

Güclü yağışlar ABŞ-ın mərkəzi hissəsində dağıdıcı daşqınlara səbəb olub.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, daşqınlards azı 16 nəfər həlak olub.

Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo Vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.

Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6000-dən çox uçuş gecikməsi və elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi qeydə alınıb. Meteoroloqlar üç günlük leysan yağışını "qasırğa mövsümü olmayan dövrdə görünməmiş" adlandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

06 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR