Onlayn ictimai-siyasi qəzet
ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 833 min barel artaraq 419,14 milyon barrelə düşüb.
Musavat.com xəbər verir ki, bu məlumat ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında əksini tapıb.
Həftə ərzində benzin ehtiyatları 2,31 milyon barel artaraq 221,55 milyon barel, kommersiya distillat ehtiyatları isə 2,31 milyon barel artaraq 125,02 milyon barrel təşkil edib.
Mütəxəssislər neft ehtiyatlarının 1,05 milyon barel artacağını, benzin ehtiyatlarının eyni səviyyədə qalacağını və distillat ehtiyatlarının 275 min barel artacağını gözləyirdilər.
Energetika Nazirliyinin məlumatları Amerika Neft İnstitutunun (API) ötən gecə dərc etdiyi təxminlərdən əhəmiyyətli dərəcədə fərqlənir. API keçən həftə ABŞ-ın neft ehtiyatlarının 2,79 milyon barrel azaldığını hesablamışdı.
ABŞ-dan açıqlanan məlumat bazarda neft qiymətlərinin sürətli artımını zəiflədib. Hazırda Brent etalon markasının qiyməti 70 dollar ətrafında sabitləşib.
Bazarın diqqəti indi I kateqoriyalı qasırğa həddinə çataraq Luiziana sahillərinə doğru irəliləyən “Fransin” fırtınası üzərində cəmlənib. Rəsmi məlumatlara görə, Amerikanın Meksika körfəzindəki istehsal gücünün təxminən dörddə biri fırtınanın yaxınlaşması səbəbindən fəaliyyətini dayandırıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ