Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun əsgəri Korbeyn Şults məxfi məlumatları toplamaqda və Çinə ötürməkdə günahını etiraf edib.
Musavat.com “REN TV”yə istinadən xəbər verir ki, müvafiq məlumatlar ABŞ Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin saytında dərc edilib.
"ABŞ ordusunun əsgəri və kəşfiyyat analitiki Korbeyn Şults bu gün 2024-cü ilin martında ona qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli olduğunu etiraf edib", - bəyanatda qeyd olunur.
Bildirilir ki, amerikalı hərbçi gizli məlumatları Honqkonqda yaşayan və Çin Nazirlər Kabineti ilə əlaqəsi olan şəxsə ötürüb. Şults həbs olunmazdan əvvəl 42 min dollar qarşılığında onlarla gizli ABŞ hərbi sənədini ona ötürüb.
K.Şultsun məhkəməsi gələn il yanvarın 23-nə təyin edilib. Onu dörd maddə üzrə ümumilikdə 65 il həbs gözləyir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ