İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da atışma nəticəsində 9 nəfər yaralanıb

Amerikanın Filadelfiya şəhərində (Pensilvaniya) bar yaxınlığında atışma nəticəsində 9 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən CBS News məlumat yayıb.

Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis Filadelfiyanın Kensinqton rayonundakı barın qarşısında 9 nəfərin güllələndiyini bildirib.

Məlumata görə, polis bir neçə hücumçunun olduğunu güman edir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, azı 40 atəş açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR