İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da 13 aydan sonra bu baş verdi

İyul ayında son 13 ayda ilk dəfə ABŞ-da inflyasiyanın sürətlənməsi baş verib. Ölkənin Əmək Nazirliyinin açıqladığı məlumata əsasən ötən ay illik inflyasiya 3,2 faiz təşkil edib. Bu isə iyundakı 3 faizdən 0,2 faiz bəndi yüksəkdir.

Nazirlik bildirir ki, bu artıma səbəb ABŞ-da yaşayış indeksinin yüksəlməsidir. Yaşayış indeksindəki artım ümumi artımda 90 faiz paya malik olub.

Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sistemi inflyasiyaya qarşı mübarizə üçün uçot dərəcəsinin artırılması siyasəti yürüdür. Qurumun ilin sonunadək faiz dərəcələrini artırmayacağı proqnozlaşdırılırdı. Lakin inflyasiyanın yenidən sürətlənməsi FED-in ilin sonunadək uçot dərəcəsinə artım istiqamətində dəyişiklik edəcəyi təhlükəsini artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR