Onlayn ictimai-siyasi qəzet
ABŞ Cənubi Koreyada yerləşdirilmiş təxminən 4500 hərbçisini geri çəkməyi nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Pentaqon hərbçilərin başqa bölgələrə yerləşdirilməsi üçün alternativ plan üzərində işləyir. Bu addım, ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətinin qeyri-rəsmi şəkildə yenidən nəzərdən keçirilməsi fonunda gündəmə gəlib.
Plana əsasən, bu təklif prezident Donald Trampa təqdim olunmaq üçün hazırlanır və Vaşinqtonun Pxenyanla münasibətlərinə yeni baxışın tərkib hissəsi ola bilər.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ