İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ, Cənubi Koreya və Yaponiya raketdən müdafiə təlimlərinə başlayıblar

Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri hava hücumundan müdafiə məqsədilə birgə təlimlərə başlayıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Yonhap agentliyi Cənubi Koreya Hərbi Hava Qüvvələrinin komandanlığına istinadən məlumat yayıb. Qeyd edilib ki, həmçinin ölkələr Yaponiya ilə birgə raketdən müdafiə təlimlərinə də başlayıblar.

“Manevrlər 12 gün davam edəcək. Birgə təlimlər ölkələrin hərbi-hava qüvvələrinin koordinasiyasını yaxşılaşdırmaq və onların əməliyyat imkanlarını genişləndirmək məqsədi daşıyır. Bu məqsədlə birgə zərbə aviasiya qruplarının təlim növbələrinin keçirilməsi və yaxın məsafədən hava dəstəyinin təmin edilməsi üzrə tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.

Təlimlərdə Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus 60-dan çox təyyarə, o cümlədən “F-35A”, “F-15K” və “KF-16” qırıcıları iştirak edir. Amerika tərəfdən 40-a yaxın təyyarə, o cümlədən “F-16” və “A-10” modelləri, həmçinin ABŞ Dəniz Piyadaları Korpusunun “F-35B” və “FA-18” qırıcıları və hücum təyyarələri iştirak edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR