İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Arktikada ərazisini genişləndirib

ABŞ Arktika və Berinq dənizində kontinental şelfinin bir hissəsini (bu, ölkə ərazisinin su altında olan quru hissəsinin davamıdır) genişləndirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

“Genişləndirilmiş kontinental şelf, ilk növbədə, Kanada və Rusiyanın da iddia etdiyi, strateji əhəmiyyəti artan Arktika və Berinq dənizində təxminən bir milyon kvadrat kilometr ərazini əhatə edir. Birləşmiş Ştatlar həmçinin Atlantik və Sakit okeanlarda, eləcə də Meksika körfəzində şelf sərhədləri elan edib”, - Bloomberg agentliyi yazır.

Jurnalistlərin fikrincə, ABŞ şelfini genişləndirməklə neft və qaz yataqlarına, eləcə də avtomobil akkumulyatorlarının istehsalı üçün faydalı qazıntılara çıxış əldə etmək istəyir.

Bundan əvvəl Rusiya ordusnun baş qərargah rəisi Valeri Gerasimov Qərbin Arktikanın yüksək enliklərində hərbi mövcudluğunu artırdığını və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu inkişaf etdirdiyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR