Onlayn ictimai-siyasi qəzet
Dövlət Departamenti bəzi ölkələrin ABŞ-a girişini qadağan edən qanun layihəsi hazırlayır.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
ABŞ-a girişlə bağlı yeni məhdudiyyətlər nəzərdə tutan layihədə 43 ölkə 3 kateqoriyaya bölünüb.
"Qırmızı" siyahı (11 ölkə) – Bu ölkələrin vətəndaşlarına ABŞ-a giriş tamamilə qadağan ediləcək. Siyahıya Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən daxildir.
"Narıncı" siyahı (10 ölkə) – Bu ölkələrdən yalnız varlı iş adamlarına ABŞ-a giriş icazəsi veriləcək. Turist və immiqrasiya vizası ilə gələnlər üçün qadağa qüvvədə olacaq. Siyahıya Rusiya, Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir.
"Sarı" siyahı (22 ölkə) – Bu ölkələrə müəyyən edilmiş çatışmazlıqları aradan qaldırmaq üçün 60 gün müddət veriləcək.
Məlumata görə, siyahı bir neçə həftə əvvəl ABŞ Dövlət Departamenti tərəfindən tərtib olunub. Ağ Evə təqdim olunana qədər siyahıda dəyişikliklərin edilməsi mümkündür.
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ