İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 2024-cü il Olimpiadasında medal sıralamasında Çindən önə keçdi

Amerikalı Karolin Marks 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qadınlar arasında sörfinq üzrə qızıl medal qazanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun qələbəsi ABŞ-a medal sıralamasında Çini qabaqlamağa imkan verib.

Gümüş medalı digər Amerika təmsilçisi Tatyana Veston-Vebb qazanıb. İlk üçlüyü fransalı Joanna Defey tamamlayıb.

Marksın medalı ABŞ komandasının Oyunlarda 21-ci qızıl medalı olub və amerikalılar medalların sayında idmançıları 21 qızıl medal qazanan Çini qabaqlayıb. Bununla belə, amerikalıların 30, çinlilərin isə 18 gümüş medalı var.

Olimpiadaya avqustun 11-də yekun vurulacaq. Tokioda keçirilən 2020 Oyunlarında amerikalılar 39 qızıl medal qazanaraq medal sıralamasında lider olublar. Çinlilərin bir qızıl medalı az olub.

Onu da qeyd edək ki, son 30 ildə olimpiadalarda medallar uğurunda mübarizə əsasən bu iki ölkə arasında gedir. Onlar ən çəx medal qazanan ölkələrin sıralamasında 1-ci, 2-ci yerləri bölüşdürürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR