İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 123 şirkəti qara siyahıya saldı: Çin, İran, Rusiya...

ABŞ Ticarət Nazirliyi 64-ü Rusiya, 42-si isə Çinə məxsus olmaqla, 123 xarici şirkəti qara siyahıya salıb.

Musavat.com xəbər verir ki, bu barədə Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirilən bildirişdə məlumat yer alıb.

ABŞ Ticarət Nazirliyinin strukturu olan Sənaye və Təhlükəsizlik Bürosunun hesabatına əsasən, qara siyahıya düşən 48 Rusiya hüquqi şəxs Rusiya və Belarusdan olan “hərbi məhsulların son istehlakçıları”dır. 6 Rusiya hüquqi şəxsi “Rusiya PUA istehsalı proqramı çərçivəsində əlaqə, təchizat və ya əməkdaşlığ”a görə siyahıya daxil edilib. Bundan əlavə, Rusiyadan olan daha bir neçə şirkət “Rusiyaya Amerika mənşəli həssas texnologiyaları təmin etdiyi”nə görə qara siyahıya salınıb.

Çin şirkətləri də Rusiyaya Amerika texnologiyalarının və digər “həssas məhsulların” tədarükündə iştirak etdiklərinə görə qara siyahıya salınıb. Bundan əlavə, siyahıda Ukraynadakı müharibəni silah-texnologiya ilə təmin etmək üçün Rusiyaya lazım olan Amerika texnologiyalarının İrana çatdırılmasına töhfə verdiyinə görə 11 İran şirkəti də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR