Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Sünikə sonuncu səfəri 2022-ci ilin sentyabrında Ermənistanın ciddi strateji itkilər verdiyi yaşayış məntəqələrinə getməsi ilə yadda qalıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Azərbaycan Çakaten, Sraşen, Şikahoqa, Nerkin Xan istiqamətində üstünlüyünü təmin etdi, nəticədə bu istiqamətdə təkcə erməni məskənləri deyil, həm də respublika və rayon əhəmiyyətli ikinci Kapan-Meğri avtomobil yolunu birbaşa nəzrət altına alındı.
Bununla Ermənitanın təhlükəsizlik məsələsi həmişə havada qalacaq.
Hökumət strateji üstünlüyü əldən verib və indi diqqətlə gizlətməyə çalışır”, - deyə Abramyan bildirib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ