İnsanlara hürriyət, millətlərə istiqlal!

Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir?

“Bu günə kimi 80-dən çox alim yetişdirmişəm. İndi də kitablar yazıram, təhsillə, elmlə məşğulam”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov deyib.

Keçmiş rektorun sözlərinə görə, hazırda Bakı Dövlət Universitetində kafedra və laboratoriya müdiri işləyir.

A.Məhərrəmov BDU-nun indiki rektoru Elçin Babayevlə mübasibətindən də danışıb: “Necə olacaq? Yalnız inzibati münasibətimiz var. O rektordur, mən kafedra müdiri…”

Xatırladaq ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb. Prezidentin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinə rektor təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR