Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının xarici işlər nazirləri avqustda Budapeştdə keçiriləcək xarici işlər sammitini boykot etmək fikrindədir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Saytın məlumatına əsasən, baş nazir Viktor Orban Ukraynaya yardımı əngəllədikdən sonra Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin ilə görüşlər keçirməsi AB daxilində ciddi narazılıq doğurub. Bir çox xarici işlər nazirləri Orbanın Moskva və Pekin səfərlərini onun növbəti təbliğat şousu kimi qələmə verməyə başlayıblar.
Üç AB diplomatının sayta verdiyi informasiyaya əsasən, AB-nin xarici siyasət rəhbəri Cosep Borrell, Orbanın sammiti ilə eyni vaxtda nazirləri "rəsmi" xarici əlaqələr şurasına çağıracaq.
"Əgər Borrel tərəfindən təşkil edilən rəsmi xarici əlaqələr şurası eyni gündə baş tutsa, nazirlər Budapeştə gedə bilməyəcəklər”,-deyə diplomatlardan biri söyləyib.
“Budapeşt görüşünü boykot etməklə digər xarici işlər nazirləri Macarıstana açıq siqnal göndərməyə çalışırlar”,-deyə xəbərdə vurğulanıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ