İnsanlara hürriyət, millətlərə istiqlal!

87 yaşında vəfat edən İlyas İsmayılov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.

Musavat.com İlyas İsmayılovun dosyesini təqdim edir.

İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz şəhərində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universiteti cinayət-hüquq kafedrasının aspiranturasına daxil olub, 1966-cı ildə orada dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı, sonra 2 il respublika prokurorunun köməkçisi işləyib.

İLYAS SON.jpg (217 KB)

1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikasının prokuroru işləyib.

İSMAİL.jpg (103 KB)

İlyas İsmayılov respublika prokurorunun müavini kimi Xankəndidə iclas keçirərkən...

1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ Prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.

1992-1994-cü illərdə Azərbaycan Respublikasının ədliyyə naziri olub. Hüquq elmləri doktorudur.

EDLİYE.jpg (32 KB)

İlyas İ.  1994-cü ilin 22 noyabrında BMT-nin İtaliyanın Neapol şəhərində təşkil etdiyi beynəlxalq konfransda Azərbaycanın ədliyyə naziri kimi çıxış edir...

1997-ci ildə rəhbərlik etdiyi Ədalət Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşib, İ.İsmayılov həmin partiyanın sədri seçilib. 2000-ci ildə Ədalət Partiyası yenidən müstəqil fəaliyyət göstərir. İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

İ.İsmayılov 2003-cü ildə keçirilən Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub.

Son iki çağırışda 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR