İnsanlara hürriyət, millətlərə istiqlal!

8 otaqlı evdə YANĞIN - 5 yaşlı uşaq öldü - FOTO

Bərdədə fərdi yaşayış evində yanğın olub.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb, alov söndürülüb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xilas olunaraq təhvil verilib.

2009-cu il təvəllüdlü Həsənzadə Rafael Rauf oğlu Bərdə xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR