Onlayn ictimai-siyasi qəzet
Bu gün, fevralın 25-də Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız - Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Musavat.com-un məlumatına görə, tədbir iştirakçıları Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə salınmış Qəhrəmanlar parkında yerləşdirilmiş xatirə lövhələri önünə qərənfillər düzərək xatirələrini yad ediblər.
Anım tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, ictimaiyyət nümayəndələri və müharibə iştirakçıları iştirak ediblər. Tədbirdə çıxış edən Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatları zamanı ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.
Qeyd edək ki, həmin əməliyyat zamanı şəhid olmuş baş leytenant Cabir Nəzərovun əkiz övıadları onun şəhid olmasından bir neçə ay sonra dünyaya gəlmişdi. Uşaqlar Yaşar və Şahlar adını daşıyırlar. Şəhidin atası Şahlar Nəzərov isə bir müddət öncə dünyasını dəyişib.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ