İnsanlara hürriyət, millətlərə istiqlal!

76 yaşlı aktyor qocalar evində vəfat etdi

76 yaşlı dublyaj aktyoru, rejissor və senari müəllifi Dave Mallow vəfat edib.

Mallow Orta Qərb və Nyu-York şəhərində 12 il radio sahəsində çalışıb, daha sonra isə səsləndirmə aktyorluğu karyerasını davam etdirmək üçün Los-Ancelesə köçüb.

O, "Mighty Morphin Power Rangers" serialında Baboo obrazına səs verən ən məşhur aktyorlardan biri olub və 1993-1999-cu illər arasında 138 seriyada yer alıb.

Daha sonra o, Power Rangers in Space, Power Rangers Zeo və Power Rangers Time Force kimi eyni franşizaya aid digər seriallarda da çalışıb.

Mallow 90-cı illərdə məşhur "The Return of Dogtanian" cizgi filmində Dogtanian obrazını səsləndirib. Bu, 1980-ci illərin İspaniya-Yaponiya istehsalı olan "Dogtanian and the Three Muskehounds" animasiyasının davamı idi.

O, həmçinin Digimon: Digital Monsters, Naruto, Yu-Gi-Oh! və müxtəlif Yapon animasiya filmlərində səs aktyoru kimi çalışıb.

Dave Mallow Call of Duty, Battleship, Resident Evil, Street Fighter və Final Fantasy kimi məşhur video oyunlarda da səsləndirmə işi görüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR