Onlayn ictimai-siyasi qəzet
7 yaşlı Mirismayılın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Musavat.com-a onun atası Mirvaleh Ağalarov məlumat verib.
O bildirib ki, övladının sol gözü ötən il amputasiya olunub:
"Mirismayıl 2017-ci ildə anadan olub. Onun iki yaşı olanda gözündə olan şişə görə həkimə müraciət etdik. Onun gözü əməliyyat olundu və həmin şiş götürüldü. Daha sonra yenidən eyni şiş əmələ gəldi və biz övladımızın xərçəng olduğunu öyrəndik. Ondan sonra Mirismayıl 7 dəfə müxtəlif göz əməliyyatları keçirib. Ötən il onun gözü amputasiya olundu. Mirismayıl dünyada yeganə uşaqdır ki, 47-dən çox kimyaterapiya, 2 dəfə şüa qəbul edib. Oğlum 6 ildir ki, Türkiyənin Ankara şəhərində müalicə alır".
Mirvaleh Ağalarov övladının gözünə implant qoyulacağını deyib:
"Türkiyədə gözünün ölçüsü götürüləcək və implant hazırlanacaq. Bu implantın qiyməti bahadır, 4000 avrodur. Üstəlik, uşağın həmin gözündə göbələk xəstəliyi aşkarlanıb. Qanında virus çıxdı. Virusla mübarizəyə 15 min xərclədik. Virus beynə yaxın yerdədir, balamı itirməkdən qorxuram. Oğlumun müalicəsi üçün xeyli miqdarda pul lazımdır. Adi bir şüaya Türkiyədə 3500 dollar ödəmişik. Kimyaterapiyalar da çox bahadır. İndiyə qədər 145 min dollardan çox pul xərclənib.
Övladımın xəstəliyi ilə əlaqədar illərdir işləmirəm, ancaq xəstəxanaları gəzirik. Yardımsevər şəxslərdən Mirismayıla yenidən dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 757 52 42.
Kart nömrəsi ABB 5522099368860367
Musavat.com
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ