İnsanlara hürriyət, millətlərə istiqlal!

7 mindən çox vətəndaş hakerlərin qurbanı olub - Allahverən İsmayılov

“2023-cü ildə Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub”.

Musavat.com xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: Müasir Çağırışlar və Hədəflər” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb:

“Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib. Aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib. Dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR