İnsanlara hürriyət, millətlərə istiqlal!

6 uşağına tək baxan Nazimin ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Astarada 6 uşaq atasının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, rayonun Pensər kəndi ərazisində 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vuraraq ölümünə səbəb olmuşdu.

Mərhum 44 yaşlı Nazim Baxşiyev 6 uşaq atası imiş. Fəhləlik edərək ailəsini dolandıran mərhumun həyat yoldaşı 4 il bundan əvvəl xəstəlik səbəbilə ölüb. Məktəbli və azyaşlı uşaqlarına isə N. Baxşiyev özü baxırmış.

İstintaqla müəyyən edilib ki, qəzanı törədən peyman Ruşanov hadisə yerindən qaçıbmış.

Ruşanov ifadəsində qorxduğu üçün hadisə yerindən qaçdığını deyib. Bildirib ki, mərhumun hüquqi varisi ilə barışıb və əməlindən peşmandır. Əlavə edib ki, hadisə vaxtı N.Baxşıyev yol kənarında dayanıbmış. O, N.Baxşıyevin yola doğru hərəkət edəcəyini gözləmədiyini deyib.

Hüquqi varis kimi mərhumun böyük oğlu tanınıb. O, Ruşanovdan şikayətçi olmadığını deyib.

Məhkəmə Ruşanovu qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. Hökmə əsasən Ruşanov barəsində 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını məntəqətipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR