İnsanlara hürriyət, millətlərə istiqlal!

51 ölkədən nümayəndələrin qatıldığı “Qərbi azərbaycanlılar üçün ədalət” tədbirindən UNİKAL GÖRÜNTÜLƏR


Xəbər verdiyimiz kimi dekabrın 5 və 6-da Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ-Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans keçirilir.

Musavat.com xəbər verir ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Bu gün- açılış günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səsləndi.

Daha sonra  Türkiyə, Almaniya, İtaliya, ABŞ, Xorvatiya və başqa ölkələrdən diplomatlar, professorlar, siyasi-ictimai xadimlər çıxış etdilər.

Tədbir sabah da davam edəcək.

Xatırladaq ki, analoji beynəlxalq konfrans ötən il də keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Tədbirin ilk günündən fotosessiyanı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR