Onlayn ictimai-siyasi qəzet
Yaponiyada 50 yaşlı karateçi Hokkaydo adasındakı Nayoro şəhəri yaxınlığındakı şəlalədə iki qonur ayı ilə qarşılaşdıqdan sonra yüngül xəsarət alıb.
Kişi Yaponiyanın mərkəzindən xüsusi olaraq şəlaləyə tamaşa etmək üçün gəlib. O, kolların arasında iki ayını görəndə fikrindən daşınıb. Amma ayılar adama tərəf gəliblər.
50 yaşlı karateçi heç nədən qorxmayaraq ayılardan birinin üzünə iki dəfə təpik vurub. Bundan sonra heyvanlar geri çəkiliblər, lakin karateçinin ayağı yüngül zədə alıb. (Publika.az)
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ