İnsanlara hürriyət, millətlərə istiqlal!

50-60 manata olan kənd evləri indi 100-150 manata verilir - AÇIQLAMA

"Qiymətlərin belə artımı qarşıdan gələn bayramlarla əlaqədardır. Ard-arda bir neçə gün qeyri-iş günləri var. Bununla əlaqədar olaraq biz adətən müşahidə edirik ki, hər zaman tələbat nisbətən artır. Yeni il ərəfəsidir və bununla əlaqədar biz daha çox rezervasiyaların olduğunu müşahidə edirik, bunun nəticəsində də qiymətlər qalxır".

Bu sözləri Redaktor.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov rayonlardakı otel və kirayə evlərin qiymət artımından danışarkən dedi.

O, təəssüflə qeyd etdi ki, regionlarda otellərimizin sayı elə də çox deyil:

"Ümumiyyətlə, yeni il şənliyi təklif edən, ailə ilə qala bilinəcək otellər və s. qalma yerlərinin sayı məhdud olduğuna görə onlarla təklif var. Amma buna tələb yüzlərlədir. Bəlkə də daha çoxdur ki, orada formalaşan qiymətin əsasında əslində çox insana bahalı görünə bilər. Amma faktiki olaraq biz sorğu edirik, həmin otellərdən soruşuruq, onlar artıq tətil ərəfəsində olan otaqları, şou-proqramların paketlərini demək olar ki, hamısını satıblar. Hətta bəziləri artıq dekabr ayının ortasında bir çox hissəsini satmışdılar. İndi də görünən odur ki, bazarda tələbat var. Əlbəttə ki, xaricə gedən bizim vətəndaşlarımız var. Öz yeni illərini, tətillərini, qeyri-iş günlərini xarici ölkələrdə də keçirmək imkanları var.

Baxmayaraq ki, xaricdə də biz təxminən daxili qiymətlərə yaxın qiymətlər tapa bilirik. Tətilimizi keçirmək üçün yenə də daxili bazara yönələn insanlarımız var. Bu paketləri alanlar var, qiymətləri daha çox bazar formalaşdırdığı üçün biz onu deyə bilərik ki, bunun öz alıcısı var. Olmasaydı, təbii ki, bu qiymətlər də formalaşmazdı. Mən düşünürəm ki, bu, sırf ardıcıl qeyri-iş günləri ilə əlaqədardır. Sonra biz təzədən qiymətlərin düşdüyünü müşahidə edəcəyik. Məndə olan məlumata görə, kənd evlərində təxminən iki dəfə artım var. 50-60 manata olan kənd evləri indi 100-150 manat və bir az daha çoxdur. Otellər isə daha çox paketlər təklif edir. Böyük otellər daha çox iki gecə, üç gün, Yeni il proqramı və s. daxil təxminən adambaşı 750 manatdan, hətta Qaxda 400 manatdan başlayan qiymətlər var. Qiymət ilk baxışda yüksək görünür. Amma reallıq ondan ibarətdir ki, bazardakı tələb və təklif bundan ibarətdir və bunların da öz alıcıları var".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR