İnsanlara hürriyət, millətlərə istiqlal!

5 noyabr: “Demokratiyanın beşiyi”ndə antidemokratik seçki qığıltısı

Müasir dünya imperatorluğunu həyata keçirən və buna rəğmən “demokratiyanın beşiyi” titulunu əldən vermək istəməyən ABŞ-da seçkilərə saatlar qaldı.

Dünya siyasətinin başlıca tendensiyalarını müəyyən edən bu hegemon geopolitik güc mərkəzi beynəlxalq ictimaiyyətə “demokratiya dərsləri” verməyə çalışsa da, gerçək durum fərqlidir. ABŞ-ın daxili və xarici siyasətinin istiqaməti Oval kabinetin növbəti dörd il ərzində sahibi olacaq şəxs heç də müasir demokratik seçki qaydaları əsasında seçilmir.

Ağ Evə gedən yolda qadağa: ancaq demokratlar və respublikaçılara icazə var

Hər kəs əmindir ki, 5 noyabr seçkiləri yalnız ABŞ-ın deyil, bütün planetin gələcəyini müəyyən edəcək. Ancaq əslində, seçki günü seçki yarışının sadəcə mərhələlərindən biridir və hətta onun finalı da deyil. ABŞ prezident seçkiləri uzunmüddətli bir prosesdir; bu proses noyabrın 5-dən çox əvvəl başlayır və səslər sayıldıqdan sonra da bir neçə ay davam edir.

ABŞ-də 28 milyondan çox seçici erkən səsini verdi

ABŞ-da prezident seçkiləri birbaşa keçirilmir: Ağ Evin rəhbəri 538 üzvdən ibarət seçicilər kollegiyasında 270 və ya daha çox səs qazanan namizəd olur və xalq səsverməsində qalib gələn şəxs həmin şəxs olmaya da bilər.  Beynəlxalq miqyasda ABŞ siyasi sisteminin ən çox tənqid edilən neqativ cəhətlərindən biri məhz siyasi plüralizmin olmamasıdır. Belə ki, ölkədə federal səviyyədə 38 partiyanın fəaliyyət göstərməsinə, hər siyasi partiyanın namizəd irəli sürmək hüququnun mövcud olmasına baxmayaraq, seçki marafonunda yalnız iki partiyadan olan namizədlərin yer almasına icazə verilir.

Harrisin legitimlik problemi

2024-cü ildə ilkin seçkilər xüsusi oldu, çünki onlarda faktiki olaraq iki hazırkı namizəd (İngilis dilindəki "Incumbent" — artıq vəzifədə olan və yenidən seçilməyi planlaşdıran siyasətçi) iştirak edirdi. Demokratlar tərəfindən ikinci müddətə namizədliyini Co Bayden irəli sürdü, respublikaçılar tərəfindən isə — formal olaraq bu tərifə uyğun gəlməsə də, öz partiyasında böyük nüfuza sahib olan sabiq prezident Donald Tramp namizəd idi. Trampın praymerizdəki rəqibləri demək olar ki, tez bir zamanda yarışdan çəkildilər.

Bu seçki dövründəki praymerizlər başqa bir səbəbdən də diqqətəlayiq oldu: iyulun sonunda demokratlar qəfil qərar verərək prezidentliyə namizəd kimi Co Baydeni deyil, ilkin seçkilərdə iştirak etməmiş hazırkı vitse-prezident Kamala Harrisi irəli sürdülər. Bu qərar Baydenin sağlamlıq durumu və partiya yoldaşlarının, 81 yaşlı siyasətçinin kampaniyada çətinlik çəkə biləcəyi və Trampa uduzma ehtimalı barədə narahatlıqları ilə əlaqəli idi. Bu vəziyyət Kamala Harrisin namizədliyinin legitimliyini belə müzakirə mövzusuna çevirdi. Bununla belə, yaşlanan prezidentə səs vermək perspektivindən məyus olan demokrat seçicilər bu qərardan əksinə ruhlandılar və partiya rəhbərliyinin qərarını ümumilikdə dəstəklədilər.

ABŞ seçkiləri və Bakının maraqları: Azərbaycan üçün adın fərqi varmı? -  Turkustan.az

“Amerikansayağı demokratiya”nın qutudan cin çıxarma üsulu

ABŞ seçki qanunlarına görə, federal dövlətin subyektlərində olan seçicilər öz seçici kollegiyasında təmsil olunan nümayəndələrinə səs verirlər. Bu proses başa çatdıqdan sonra Nümayəndələr Palatasında yenidən səsvermə keçirilir. Bəzi hallarda seçicilər öz seçici kollegiyasını müəyyənləşdirən zaman şərti olaraq desək, respublikaçılara səs veriblər. O isə Nümayəndələr Palatasında həmin səsi demokratlara verə bilir. Yəni belə hallara da təsadüf olunur. Təzad yaradan üçüncü halı da əlavə etsək, ortaya əcaib bir demokratiya, əslində, olmayan demokratiya mənzərəsi çıxır. Buna biz amerikansayağı demokratiya deyirik.

Vəziyyət bir qədər emosional müstəviyə transfer olunanda ABŞ-ın seçki qanunları bunu tənzimləyə bilmir. ABŞ demokratiyası güc demokratiyasıdır. Qanunların demokratiyası deyil, demokratiyanın klassik tələblərinə cavab verən demokratiya deyil. ABŞ demokratiyası xalqın insan hüquqları ilə məhdudlaşdırılmış azadlığı deyil, əksinə gücün və aristokratiyanın hüquqları ilə tənzimlənən, hakimiyyəti müdafiə edən demokratiyadır.

Səssiz qalan seçicilər, pulla alınan səslər

Bu gün ABŞ mətbuatının rəsmən yazdığına görə, orada yaşayan hər 5 vətəndaşdan biri seçki prosesində iştirak etmir. Çünki onların adı seçici siyahılarına salınmır. İkincisi, ABŞ-da 10 milyona yaxın insan cinayət törətdiklərinə görə səs verə bilmirlər. Çünki cinayət törədənlər səsvermədə iştirak etmirlər. Halbuki bu demokratiyanın prinsiplərinə ziddir. Cinayət törətmək o demək deyil ki, şəxs vətəndaşlıqdan çıxarılıb, səsvermə hüququ əlindən alınıb. Eyni zamanda federasiya subyektlərində ayrı-ayrı ştatlarda qeydiyyatda olan şəxslər bir neçə dəfə səs verə bilirlər. ABŞ seçicilərinin neçə faizi bu prosesdə iştirak etmir, yaxud iştirak edib, bir neçə dəfə mövqe nümayiş etdirə bilir. Əgər sadaladığımız faktları bir yerə toplayıb soyuq məntiqlə düşünsək, ABŞ-da şəffaf seçkidən söhbət gedə bilməz.

ABŞ-da 2024-cü il prezident seçkiləri üçün namizədlərin sayı artır

Ənənəvi olaraq ABŞ-ın siyasi proseslərində lobbiçilik hər zaman xeyli rol oynamağı bacarıb. Ona görə də düşünürəm ki, ABŞ-da prezident seçkiləri kapitala və maliyyəyə söykəndiyi üçün lobbiçiliyin çox böyük rolu var. ABŞ-da prezident seçkilərinə o qədər çox pul xərcləyirlər ki, bəzən elə düşünürsən ki, hər bir səs bəlli bir məbləğ qarşılığında alınır. Ona görə də burada demokratiya alınıb satılırsa, burada mütləq ciddi maliyyə əməliyyatlarının olması da mümkündür. Hər bir lobbi təşkilatını öz maraqları var və bu demokratiya alqı-satqısında, mütləq iştirak edirlər və maraqlarını da təmin edirlər.

P.S. Bütün bunlardan ABŞ-ın kiməsə demokratiya dərsi verməyə nə haqqı, nə də hüququ var....

Nəsimi Şərəfxanlı
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR