İnsanlara hürriyət, millətlərə istiqlal!

40 milyon insanın ölümü yaxınlaşır - dəhşətli səbəb

2050-ci ilə qədər demək olar ki, 40 milyon insan bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranmasına görə ölə bilər.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti yazıb.

Nəşr Böyük Britaniyanın keçmiş baş həkimi Salli Devisin sözlərini sitat gətirib: "Antibiotiklərə qarşı müqavimətin yayılması səbəbindən hər il təxminən 1 milyon insan ölür ki, bu rəqəm növbəti 25 il ərzində artacaq. Bu qorxuludur".

Qəzet aydınlaşdırıb ki, 2050-ci ilə qədər bakteriya müqavimətindən ölüm göstəriciləri iki dəfə artacaq, ümumi ölüm sayı 40 milyon olacaq.

Səbəb antibiotiklərin, o cümlədən qida sənayesində geniş istifadə olunmasıdır ki, bunun da nəticəsində getdikcə daha çox bakteriya mutasiyaya uğrayaraq antibiotiklərə qarşı müqaviməti inkişaf etdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR