İnsanlara hürriyət, millətlərə istiqlal!

4 uşaq anası olan 35 yaşlı qadın GÜLLƏLƏNƏRƏK ÖLDÜRÜLDÜ

Türkiyənin Aydın vilayətində 4 uşaq anası 35 yaşlı Meltem Menteşeli maşınının yanında başından güllələnmiş halda ölü tapılıb.

Musavat.com xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Əldə edilən məlumata görə, yol kənarında avtomobilin yanında qanlar içində qadını görən vətəndaşlar vəziyyəti polisə bildiriblər. Xəbər üzərinə hadisə yerinə jandarma və təcili yardım gəlib.

Hadisə yerinə gələn təcili yardım əməkdaşları, 4 uşaq anası Meltem Menteşelinin öldüyünü müəyyən edib. Müayinədən sonra qadının cəsədi xəstəxananın morquna aparılıb.

Jandarma qrupları hadisələ əlaqədar geniş araşdırmalara başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR