İnsanlara hürriyət, millətlərə istiqlal!

32 yaşlı qadın "Miss Rusiya 2023" seçildi - Fotolar

Moskvada evli qadınlar arasında “Miss Rusiya - 2023” Ümumrusiya gözəllik müsabiqəsinin finalı keçirilib.

Axşam.az xəbər verir ki, birinci yeri Gelendjik şəhərindən olan 32 yaşlı sakin Janna Spetsialnaya qazanıb. Bundan əvvəl o, “Xanım Gelendjik 2023” müsabiqəsinin qalibi olub.

"Müsabiqəyə dəyişmək üçün getdim. Həyatımda parlaqlıq istədim, analıq məzuniyyətindən gözəl çıxmaq istədim” deyə, qalib bildirib.

Baş mükafat kimi ona Maltaya bilet verilib. Janna ailəlidir və üç yaşında bir qızı var.

Yarışmada ikinci yerin qalibi  "Mrs. Russia Globe - 2023" titulu 38 yaşlı moskvalı, iki uşaq anası Anna Qruninaya olub.  O, 2024-cü ilin martında Çində keçiriləcək gözəllik müsabiqəsində Rusiyanı təmsil edəcək.







ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR