İnsanlara hürriyət, millətlərə istiqlal!

"30 ildir danışırıq, amma heç bir tədbir görülmür"

"30 ildir ki, iki dövlətli həlldən dönə-dönə danışırıq, amma bunun həyata keçirilməsi üçün heç bir tədbir görülmür".

Musavat.com xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri üzrə Ali Nümayəndəsi Josep Borrell Manama Dialoq Konfransında İsrail - Fələstin münaqişəsini şərh edərkən səsləndirib.

Borrell Fələstin probleminin həllində iki dövlət mexanizminin əhəmiyyətini vurğulayıb. O bu mövzuda tədbir görülməməsinin işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi məskənlərinin genişlənməsinə səbəb olduğunu ifadə edib.

Borrell Fələstin torpaqları arasındakı əlaqənin kəsilməsinin iki dövlətli həllin həyata keçirilməsinə böyük maneə yaratdığına diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR