İnsanlara hürriyət, millətlərə istiqlal!

3 ildən çox komada qalan erməni zabit öldü

Təxminən 4 il əvvəl döyüldüyü üçün ağır xəsarətlər alan Ermənistan ordusunun polkovnik-leytenantı Ara Mxitaryan ölüb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə polkovnik-leytenantın qardaşı Karen Mxitaryan məlumat verib.

Bildirilir ki, Mxitaryan 2019-cu il sentyabrın 18-də Keşişkənddə (Yeqqnadzor) şiddətli döyülüb. O, 3 ildən çox müddətdə komada qalıb. Yaxınlarının dediyinə görə, polkovnik-leytenantın zorakılığa məruz qalmasında Trdat Sarkisyanın da bilavasitə əli olub.

Sarkisyan bu hadisədən sonra Dərələyəz (Vayots Dzor) qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb. Hadisədə qubernatorun olması da onların ifadəsində üç şahid tərəfindən təsdiqlənib. Lakin eks-qubernatora qarşı ittiham irəli sürülməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR