İnsanlara hürriyət, millətlərə istiqlal!

3 il sonra nəşi verilən komandirə rəqs edərək vida etdilər - VİDEO

Martın 11-də Kiyevdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq Legionunun döyüşçüsü, 28 yaşlı Yeni Zelandiyalı könüllü Dominik Abelenlə vida mərasimi keçirilib.

Milli.Az rus mediasına istinadla xəbər verir ki, mərasim paytaxtın Baykove qəbiristanlığında baş tutub və burada onun dostları, silahdaşları və yaxınları mərhumun xatirəsini anıb.

Mərasim maraqlı anlarla yadda qalıb. Dominikin dostları və döyüş yoldaşları onun cənazəsinin qarşısında Yeni Zelandiyada dəfn zamanı ənənəvi atribut hesab edilən "Haka" ritual rəqsini icra ediblər.

Qeyd edək ki, Dominik Abelen 2022-ci ilin avqustunda Ugledar yaxınlığında döyüşlər zamanı həlak olub. O, Yeni Zelandiya Ordusunda doqquz il xidmət etmiş və kapral rütbəsinə qədər yüksəlmişdi. Abelen Ukrayna ordusuna könüllü qoşularaq rus təcavüzünə qarşı mübarizəyə qatılmış və "Tolkien" çağırış işarəsi ilə tanınan qrupun komandiri olmuşdu.

Yeni Zelandiya əsgəri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən "Ukrayna hər şeydən üstün" fəxri nişanı ilə, ölümündən sonra isə "Hərbi xidmətlərdə fərqlənməyə görə" ordeni ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR