İnsanlara hürriyət, millətlərə istiqlal!

28 özbək miqrant Rusiyada qeyri-qanuni sertifikat alıb

Bryanskda məhkəmə Özbəkistan vətəndaşlarının qeyri-qanuni yolla əldə etdikləri rus dilini bilmə sertifikatlarının ləğvi ilə bağlı 28 iddianı qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə ümumi yurisdiksiya məhkəmələrinin regional mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildə Özbəkistanın 28 vətəndaşı rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmək sertifikatları əsasında müvəqqəti yaşamaq icazəsi alıb.

İddia olunur ki, əslində Seltse şəhərindəki müəssisədə işləyən vətəndaşlar rus dilini bilməyiblər və sertifikat almaq üçün tələb olunan minimum biliyə malik olmayıblar.

Açıqlamada qeyd edilir ki, miqrantlar A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda imtahan veriblər. İnstitut əməkdaşları öz işlərini saxtalaşdırıblar, bunun əsasında sertifikatlar verilib.

Miqrantlar üçün tətbiq olunan imtahanların əslində yeni rüşvət mənbəyi olduğu barədə iddialar ilk gündən vardı. İndi təsdiq olunur ki, sxem artıq işləyir: miqantlar pullarınə verib sertifikatlarını alırlar. İfşa olunanlar isə çox az saydadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR