İnsanlara hürriyət, millətlərə istiqlal!

203 ölkə 2024 Olimpiya Oyunlarına dəvət alıb - Rusiya və Belarus kənarda qalıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçiriləcək XXXIII Olimpiada Oyunlarında iştirak etmək üçün 203 ölkənin milli olimpiya komitəsinə rəsmi dəvət göndərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rəsmi sənəd tanınması 2022-ci ildən müvəqqəti olaraq dayandırılmış Rusiya və Belarusun, eləcə də Qvatemalaya olimpiya komitələrinə göndərilməyib.

İyulun 26-da bu hadisənin şərəfinə Parisdə BOK-un prezidenti Tomas Baxın və Paris 2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Toni Estanqetin iştirakı ilə təntənəli tədbir keçirilib.

2024-cü il Yay Olimpiya Oyunları 2024-cü il avqustun 26-dan sentyabrın 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

Rusiya  BOK-dan dəvət almaması Ukraynaya qarşı işğalçı müharibə aparmasıdlr. Belarusun günahı isə bu müharibədə ona hərtərəfli dəstək verməsidr.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR