Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə bəzi bürclərin üzünə yeni qapılar açılacaq. Onlar fürsətdən istifadə edə bilsələr, yeni il onlara düşərli olacaq.
Gələn ilin ən şanslı bürcləri haqqında məlumatı təqdim edirik.
Oğlaq bürcü - Çalışqan və nizam-intizamlı insanlardır. Astroloqların fikrincə, gələn il də işlərinə sistemli davam etsələr, iş həyatlarında zirvəyə çata biləcəklər. Oğlaqlar yüksəldikcə qazanclarında artım hiss edəcəklər.
Şir bürcü - Liderlik keyfiyyətləri ilə tanınan bu bürcün nümayəndələri 2024-cü ildə zəhmətlərinin bəhrəsini alacaqlar. Astroloqların fikrincə, onlar gələn il maliyyə baxımından rahat bir dövrə qədəm qoyacaqlar.
Qız bürcü - Qərarlıdırlar. 2024-cü il onların gözlədiklərindən daha yaxşı olacaq. Gələn il akademik işlərə diqqət yetirə bilərlər. Qız bürcləri özlərini təkmilləşdirmək istədikləri bir dövrə girəcəklər. Onların qazancında da artım olacaq.
Əqrəb bürcü – Gələn il onlar üçün də düşərli olacaq. Bu bürcün nümayəndələri ehtiraslı və iddialıdırlar. Bu hissləri iş həyatlarına yönləndirsələr, uğur onlar üçün qaçılmaz olar. Əqrəblər artıq zəhmətlərinin bəhrəsini alacaqlar. Xüsusilə 2024-cü ilin ikinci yarısından etibarən çox qazanacaqlar.
Dolça bürcü - Maliyyə rifahı yaşayacaqlar. Astroloqlar mart ayında Mars, Venera, Merkuri və Saturnun qarşılıqlı birləşməsinə görə Dolçanın uğurlu ola biləcəyini söyləyirlər. Bu, onların qazanclarının artacağını göstərir.
Tərəzi bürcü - 2023-cü ildə bəzi çətinliklərlə üzləşsələr də, 2024-cü il onların ili olacaq. Yeni ildə iş həyatında yüksəliş və pul baxımından bolluq yaşayacaqlar. (sfera.az)
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ