İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü il ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

2024-cü ildə tarixin ən isti ili ​​ola bilər.

BAKU.WS-in məlumatına görə, bu barədə "Bloomberg" ekspertlərə istinadən xəbər verir.

Qeyd edilir ki, rekord istilərin səbəblərindən biri El-Nino hava fenomeni - Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi ola bilər.

Bildirilib ki, Ümumdünya Meteorologiya Təşkilatı 2023-cü ili tarixin ən isti ili adlandırıb, lakin 2024-cü il daha da isti ola bilər.

Milli Okean və Atmosfer Administrasiyasının baş elmi işçisi Maykl Makfadenin sözlərinə görə, Sakit Okeanda suyun istiləşməsi Yer səthinin temperaturunun artmasına gecikmiş təsir göstərir.

Buna görə də, El Nino hava fenomeni fenomeninin təsiri altında olan ikinci il birincidən daha isti ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR