İnsanlara hürriyət, millətlərə istiqlal!

200 min dollar, avtomobillər və kotteclər: Mirziyoyev idmançıları mükafatlandırıb

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Parisdə keçirilən Olimpiya Oyunlarında çempion və mükafatçı olmuş idmançıları mükafatlandırıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, dövlət başçısı medal qazanan idmançılara qarşı səxavətli davranıb.

Qeyd edək ki, Özbəkistan ilk dəfə 13 medal qazanaraq (8 qızıl, 2 gümüş, 3 bürünc) Olimpiadanın qeyri-rəsmi komanda yarışında 13-cü yeri tutdu.

Hökumət 8 olimpiya çempionunun hər birinə 200.000 dollar pul mükafatı, avtomobil və ikimərtəbəli kotteclər bağışlayıb.

Gümüş medalçılara 100 min dollar, avtomobili və mənzil verilib.

Bürünc medalçılar 50 min dollar və avtomobililə mükafatlandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR