İnsanlara hürriyət, millətlərə istiqlal!

20 il sonra anasını necə öldürdüyünü ETİRAF ETDİ

20 il əvvəl öz anasını öldürən Xabarovsk diyarından olan 54 yaşlı kişiyə qarşı başladılan istintaq başa çatıb.

Bu barədə Xabarovsk diyarı və Yəhudi Muxtar Dairəsi üzrə İstintaq Komitəsi məlumat yayıb.

İstintaq müəyyən edib ki, 2004-cü ilin payızında Çernaya Reçka kəndində təqsirləndirilən şəxs anası ilə mübahisə edib. Oğul anasını spirtli içki qəbul etdiyi üçün bəyənməyib. Həmin axşam o da sərxoş olub. Kişi çəkiclə onun başına və bədəninə bir neçə dəfə zərbə endirib. Qadının bədəni ciddi xəsarət alana qədər döyüb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Cinayət 20 il əvvəl baş versə də, müstəntiqlər cinayət silahını tapıb və bir sıra ekspertizalar apardıqdan sonra kişinin günahını tam sübuta yetiriblər. O isə hər şeyi etiraf edib.

Prokuror cinayət işini baxılması üçün məhkəməyə göndərib. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR