İnsanlara hürriyət, millətlərə istiqlal!

2 yaşlı körpə ölümlə mübarizə aparır - Onun köməyinizə ehtiyacı var

2 yaşlı Məryəm ölümcül xəstəliklə mübarizə aparır.

Bu barədə Oxu.Az-a onun anası Turanə Bağırova məlumat verib.

O bildirib ki, iki ay öncə qızının leykozdan əziyyət çəkdiyini öyrəniblər:

"Qızımı qan dəyərlərini yoxlatmaq üçün analizə aparmışdım. Həmin gün leykoz olduğunu öyrəndim. Hazırda Bakıda özəl xəstəxanalardan birində müalicə alırıq. Kimyaterapiya olacaq Məryəm. Həkimlər qızımın ilik nəqli əməliyyatı olacağını bildiriblər. Bunun üçün bizə 120 min manat lazımdır. Əlimdə nəyim var satmışam. 30 min manat toplaya bildim. Bu pulu toplamaq bizim üçün çox çətindir. Xalqımızdan xahiş edirəm bizə dəstək olsunlar. Məryəm hələ çox balacadır. Bədəni iynələrdən göyərib. Onun bu halına necə dözürəm, hələ də anlamıram. Mən Məryəmi ovcumun içində saxlayırdım. Hər şeyinə diqqət etmişəm. İndi onu bu vəziyyətdə görəndə ürəyim dözmür. Hər dəfə onun harasısa əziləndə deyirdim gəl öpüm sağalsın. Amma indi iynələr ağrıdanda deyirəm Məryəm öpüm sağalsın? Mənə deyir daha ana öpəndə sağalmır. 2 yaşında körpənin bunu dərk etməsi çox dəhşətlidir. Qızım üçün güclü olmaq məcburiyyətindəyəm. Xalqıma yalvarıram bu bayram günlərində qızımın yaşaması üçün dəstək olsunlar".

Ailə ilə əlaqə: 0557799271

Leo kart: 4098584464081411

(Anası Turanə Bağırova adınadır)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR