İnsanlara hürriyət, millətlərə istiqlal!

2 nəfərin öldüyü partlayışla bağlı cinayət işi açıldı

Zaqatala Rayon Prokurorluğu sentyabrın 30-da Yengiyan kəndində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Musavat.com prokurorluğa istinadən xəbər verir ki, 2 nəfərin ölümü ilə nəticələnən hadisənin qəsdən törədildiyi məlum olub.

Belə ki, araşdırmalarla 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun qeyd edilən tarixdə Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını atması nəticəsində baş verən parlayışla əlaqədar aldığı xəsarətlərdən ölməsi, Məqsəd Rzayevin isə növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, (qəsdən adam öldürmə) 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq davam aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR