İnsanlara hürriyət, millətlərə istiqlal!

2 milyon dollar qazanan ən gənc lotereya qalibinin FACİƏSİ

Britaniya tarixində ən gənc lotereya qalibi, 2003-cü ildə 2,3 milyon dollar qazanan Kelli Rocers beşinci övladını dünyaya gətirib. Qadının qəfil uğurdan sonra hansı sınaqlarla üzləşdiyi medianın gündəminə çevrilib.

16 yaşında qalib gəldikdən sonra Kelli tamamilə yoldan çıxıb, pulu dərmanlara və estetik əməliyyatlara xərcləyib. İndi britaniyalı qadın, həyatını yenidən nəzərdən keçirib və xoşbəxtliyini ailədə, analıqda tapıb.

Bu yaxınlarda 37 yaşlı Rocers “Facebook” səhifəsində yeni doğulmuş qızı Navi-Nikolanın təsirli fotolarını paylaşıb.

Kellinin hazırda 35 yaşlı Li Metyus ilə münasibətdədir. Mart ayında cütlük sosial şəbəkədə birlikdə selfi çəkdirərək birlikdə olduqlarını elan etmişdilər.

Bundan əvvəl britaniyalı qadın çətin günlər yaşayıb. O, depressiya ilə mübarizə aparıb, iki dəfə intihara cəhd edib. 2021-ci ildə kokainin təsiri altında avtomobilini qəzaya uğradıb, nəticədə 22 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Kelli Rocers lotereyada qalib gəldikdən sonra bir çox çətinliklərdən keçib. O, uduşlarının çoxunu özündə saxlamadığı üçün təəssüflənir, çünki serebral iflic olan 12 yaşlı oğlunun pula çox ehtiyacı var.

"Mən heç bir məsuliyyət anlayışı olmadan evlər aldım”.

Yeri gəlmişkən, oxşar hekayələri nəzərə alaraq, Böyük Britaniyada Milli Lotereya oyunçular üçün minimum yaş həddini 18 yaşa qədər artırıb.//Sfera.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR