Kanadada yaşayan 19 yaşlı hindistanlı qız işlədiyi bazarın çörək sexində ölü tapılıb.
Bir neçə il əvvəl Kanadaya köçən Gürsimran Kaurdan xəbər alınmadıqdan sonra anası onun işlədiyi bazara gəlib.
Qızının yanmış meyitini təndirdə tapan bədbəxt ana gördüklərindən dəhşətə gəlib.
Səlahiyyətlilər araşdırmanı dərinləşdirdiklərini bildirərkən, Kaurun işlədiyi supermarketlər şəbəkəsi də dəhşətli hadisəni izlədiklərini açıqlayıb.
Kanadanın qeyri-hökumət təşkilatları ölkəyə böyük ümidlərlə gələn gənc qızın belə dəhşətli vəhşiliyin qurbanı olmasından çox təəssüfləndiklərini bildiriblər. (news24)
ŞƏRHLƏRŞƏRH YAZ