Onlayn ictimai-siyasi qəzet
Türkiyədə cib telefonunu təmir etdirməyə gedən Simge Nur Ö. yoxa çıxıb.
Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Isparta vilayətində baş verib.
Ailəsinin itkin düşdüyü barədə şikayət ərizəsi yazdıqdan sonra polisə zəng edən Simge Nur yaxşı olduğunu və axtarışa heç bir səbəb olmadığını bildirib. Lakin ailəsi hələ də ondan xəbər almadığı üçün narahatdır.
Simge Nurun anası Nafiyə Özkan qızının ailə problemi olmadığını ifadə edərək "Qızımın uşağını qoyub qaçması mümkün deyil. 3 yaşlı nəvəmi yanımda qoyub getdi",-deyə bildirib.
Hazırda polis Simge Nurun harada olması barədə axtarışlarını davam etdirir. Polisdən verilən açıqlamada bildirilib ki, Simge Nur tapıldıqdan sonra ailəsinə təhvil veriləcək.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ