Onlayn ictimai-siyasi qəzet
Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid tarixi birja binası (Borsen) yanıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, tarixi bina şəhərin əsas simvollarından biridir.
Qeyd olunub ki, Borsen Danimarka paytaxtının ən qədim binalarından biridir. Bina Kral IV Kristianın əmri ilə 1619-1640-cı illər arasında tikilib. Tarixi bina şəhərin mərkəzində, Danimarka Parlamenti və Kristiansborq sarayının yanında yerləşir. Borsen 1970-ci illərə qədər birja kimi istifadə edilib və hazırda Danimarka Ticarət Palatasının baş qərargahı kimi fəaliyyət göstərir.
@@TVmusavat/83316@@
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ