İnsanlara hürriyət, millətlərə istiqlal!

164 manata görə 2 il 6 ay həbs? - Xalası da bağışlamışdı...

Xalasının kartından 164 manat oğurlamaqda ittiham olunan Səbuhi 2 il 6 ay müddətinə həbs cəzası alıb.

Musavat.com xəbər verir ki, 39 yaşlı Səbuhi ali təhsillidir.

Atası və anasını itirdikdən sonra Ağsuda xalası ilə birlikdə yaşayıb. Xalası təqaüdçü olub. Səbuhi heç yerdə işləməyib, daha əvvəl də oğurluğa görə məsuliyyətə cəlb edilib.

Səbuhi xalası Rayanın kartından 164 manat pul götürüb. O, bankın mobil tətbiqini telefonuna yükləyib və xalasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib. Xalası pensiyasını çıxarmağa gedən zaman kartında pul olmadığını görüb. Əvvəlcə banka, sonra da polisə müraciət edib.

Araşdırma zamanı pulun kartdan Səbuhi tərəfindən götürüldüyü məlum olub.

İstintaq orqanı Səbuhinin həbs edilməsini istəməyib və onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçib.

Lakin Ağsu Rayon Məhkəməsinin hakimi Babək Qasımov onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Səbuhinin ailə vəziyyəti, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, dəymiş zərərin ödənilməsi, şikayətçinin olmaması yüngülləşdirici hal kimi nəzərə alınsa da, məhkəmə zalında qandallanıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR