İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşlı futbolçunun məşqdən sonra ürəyi dayandı - FOTO

Volqoqradın "Rotor" futbol klubunun məzunu Maksim Semenov 16 yaşında vəfat edib.

Bu barədə klubun rəsmi "VKontakte" səhifəsində məlumat yayılıb.

"Rotor İdman Məktəbində böyük fəlakət baş verib. Şagirdimiz Maksim Semenovun həyatı yarımçıq qalıb. Maksimin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.Sizinlə birlikdə kədərlənirik".

Məlumata görə, məşqdən sonra evə qayıdan futbolçu axşam saatlarında dincəlmək və onlayn oyunlar oynamaq üçün kompüteri işə salıb. Lakin Semenov qəfil özünü pis hiss edib, yaxınları dərhal təcili yardım çağırıb, lakin idmançını xilas edə bilməyiblər. O, mənzildə dünyasını dəyişib. Ölümün ilkin səbəbi ürək dayanması ola bilər./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR