İnsanlara hürriyət, millətlərə istiqlal!

“16-lar”dan biri də Türkiyə - AÇ-24-də çempionluq şansları...

İndi nəhənglərin döyüşü başlayır...

Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının birinci mərhələsi arxada qaldı. İlk “ələnmə”dən sonra 16 komanda qısa pauzadan sonra 1/8 finalda mübarizəni davam etdirəcək. Onların arasında qardaş Türkiyənin millisi və nə qədər sensasion olsa da, ilk dəfə yarışmada çıxış edən və Portuqaliyanı məğlub edib növbəti mərhələyə çıxan Gürcüstan da var. 

Məlumat üçün bildirək ki, 1/8 final mərhələsi bu gün start götürəcək. Günün iki oyunu var. Bakı vaxtı ilə saat 20:00-da İsveçrə-İtaliya, 23:00-da Almaniya-Danimarka qarşılaşmaları baş tutacaq.      

İdman proqnozları özünü nə dərəcədə doğruldur? Çempion “16-lar”dan hansı biri olacaq? İki qonşumuz - Türkiyə və Gürcüstanın yığması hara qədər gedə biləcək?

Fazil Mustafa güllələndi — Yenilənib

 Fazil Mustafa 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu mərhələnin türklər və gürcülər üçün çox çətin keçəcəyini qeyd etdi: “Məncə, hər iki komandanın 1/8 mərhələsini keçməsi olduqca çətin olacaq. Çünki rəqiblər kifayət qədər güclüdür. Xüsusilə, Avstriya çox güclü komandadır. Bu cür oyunları bir az proqnozlaşdırmaq çətin olur. Amma Gürcüstanın İspaniyanı keçəcəyini zənn etmirəm. Portuqaliya ilə oyunda portuqallar problemlərini həll etdiyinə görə, oyuna o qədər də səy göstərmədi. Zədə almamaq və başqa məsələlərə görə Portuqaliya oyuna ciddi yanaşmırdı. Amma bütövlükdə 1/8 mərhələsinə çıxmaq hər iki komanda üçün böyük uğurdur. Xüsusilə, Türkiyə millisinin belə bir oyunla mərhələ adlaması gözlənilmirdi. Amma bu mərhələnin nəticəsini də birmənalı bilmək olmaz. Sonrakı mərhələlərdə irəliləmək çox çətindir. Qrup mərhələsində oyunlar ümid vermədi. Amma bütün hallarda yarımfinal, 1/8 mərhələlərini proqnozlaşdırmaq çətin olur. Bu gün kimin şansının daha çox olacağını, kimin fədakarlıq edəcəyini proqnozlaşdırmaq olmur. Lakin deyə bilərik ki, Türkiyə və Gürcüstanın rəqibləri bütün parametrlərdə hər iki millidən güclüdürlər. Hansı komandanın çempion ola biləcəyinə gəldikdə isə, hesab edirəm ki, bu elə ev sahibi Almaniya da ola bilər. Çünki, doğma divarlar arasında daha çox bu imkana sahibdir”.  

Zengezur turk dunyasini birlesdiren korpudur” – Kamran Məmmədli

Kamran Məmmədli 

AĞ Partiya başqanının müavini Kamran Məmmədli qardaş Türkiyə barədə bir az ümidli danışdı: “Əlbəttə ki, Gürcüstan yığmasının 1/8 final mərhələsinə yüksəlməsi gözlənilməz olsa da, bu daha çox illər ərzində gürcü futboluna edilən yatırımların, düzgün idman siyasətinin aparılmasının nəticəsidir. Bu gün Gürcüstan millisində futbol oynayan və Portuqaliya kimi komandanı məğlub edən futbolçular 11 il əvvəl Ronaldonun da açılışına gəldiyi Dinamo Tbilisi futbol akademiyasının yetirmələridir. Demək ki, düzgün idman siyasəti aparıldıqda futbolun inkişafı da mümkündür.  Hesab edirəm ki, Gürcüstan yığmasının maksimum gələ biləcəyi yer 1/8 final mərhələsidir. İspanlara qarşı oyunda onların şanslarını minimal hesab edirəm. Lakin buna baxmayaraq Gürcüstan millisi tarix yazmağı bacardı və ölkəsinə başı uca geri dönəcəklər. O ki qaldı qardaş Türkiyə yığmasına, onlar qrupdakı oyunlarda xeyli çətinlik çəksələr də düşünürəm ki, 1/2 final mərhələsinə qədər gələ bilərlər. Türkiyə millisi 2002-ci ildə dünya üçüncüsü olarkən də, 2008-ci ildə Avropa Çempionatının yarım final mərhələsinə yüksələrkən də qrup mərhələsində xeyli çətinliklərlə üzləşmişdi. Xatırlayırsızsa, 2008-ci ildə Türkiyə yığması eynən indiki kimi Çexiya komandası ilə qarşılaşmış, oyunun 75-ci dəqiqəsinə qədər çox zəif çıxış edərək 2-0 məğlub olurdu. Lakin oyunun son 15 dəqiqəsində 3 qol vuraraq əzmkar qələbə qazanmışdı. Məhz bu çətin qrup mərhələsi oyunlarından sonra Türkiyə millisi tarixi uğura imza ataraq yarım final mərhələsinə qədər yüksələ bildi. Hesab edirəm ki, bu dəfə də Türkiyə millisi ən azından eyni uğura imza atacaq”.

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

Natiq Muxtarlı 

Tanınmış idman yazarı Natiq Muxtarlı bu mərhələdə çox maraqlı və nəticəsi sensasiya sayılacaq oyunların baş tutacağını bildirdi: “Avropa çempionatının qrup mərhələsi demək olar ki, sensasiyasız bitdi. Favorit göstərilən bütün komandalar 1/8 finala vəsiqə qazanıbsa, hər hansı sensasiyadan danışmağa dəyməz. Gürcüstan yığmasının da 16 komanda arasında olmasına təəccüblənməyək. Bu qrupda Portuqaliya aşkar favorit idi və proqnozlar özünü doğrultdu. Portuqallar rahat şəkildə qrupda birinci yeri tutdular. Qalan 3 komanda bərabər səviyyəli idi ki, burada da büdrəyən Çexiya oldu. Amma çexlər Türkiyə ilə 10 nəfərlə qalmasayadılar, bəlkə də, pley-offa adlayardılar. Təəssüflə deməliyik ki, Türkiyə yığması yenə də bəxt hesabına pley-offa vəsiqə qazandı. Çexiya ilə oyunda da ənənəvi problemlər özünü göstərdi: fərdi oyuna meyillilik, müdafiə xəttində ciddi boşluqlar. Çexiya ilə oyunda gəldiyim nəticə belə oldu: Türkiyə yığmasında müasir futbolu anlayan, onun şərtlərinə uyğun oynayan cəmisi bir futbolçu var: Hakan Çalhanoğlu. O da, təəssüf ki, Avstriya ilə oyunda cəzalı durumda olduğu üçün oynamayacaq. Avstriya isə qrup mərhələsində parlaq oyun göstərdi. Bu yığma hücumda xüsusən öldürücüdür. Türkiyə isə müdafiədə xüsusən zəifdir. Öldürücü hücum zəif müdafiəyə qarşı: nə baş verəcəyini təsəvvür etmək olmur. Türkiyə yığması yenə də meydanda rəqibə böyük boşluqlar verəcək? Verəcəksə, çox çətin olacaq. Avstriya ilə oyunda möcüzəyə ümid etmək yersizdir, yalnız ağıllı futbol sayəsində nəticə əldə etmək olar. Amma türkiyəli futbolçular fərdi oyundan əl çəkəcəklərmi? Güman etmirəm, bunun üçün mentalitet dəyişməlidir. Mentaliteti isə 2-3 gün ərzində dəyişmək çətindir. 

İndi nəhənglərin döyüşü başlayır. Görək Fransa, İngiltərənin əsl potensialı nədir. Bundan sonra az qüvvə sərf etməklə qalib gəlmək mümkün olmayacaq. Hələ də o qənaətdəyəm ki, çempionatın əsas favoriti İspaniyadır. Bu komanda böyük ehtimalla, 1/8 finalda aşırı qüvvə sərf etməyəcək. Gürcüstan artıq tarix yazıb və özləri də anlayırlar ki, İspaniya onların girəcəyi kol deyil. Sadəcə prestij üçün oynayacaqlar. İsveçrə İtaliyanı mübarizədən kənarlaşdırmaq iqtidarındadır, sadəcə maksimum soyuqqanlı olmalıdırlar. Çünki ənənə davam edir: İtaliya yenə də qrupdan zor-bəla çıxıb. Adətən belə olanda, İtaliya sona qədər davam edir. Ənənə bu dəfə də təkrarlana bilər. İngiltərə qrup mərhələsində futbol oynamadı. Bundan sonra futbola köklənə biləcəklər? Ritmi tutmaya da bilərlər. Bu yanaşma Fransaya da aiddir. Almaniya üçün də çətin sınaq var, 1/8 finalda. Danimarka olduqca dişli komandadır. 1/8 finalda sensasiya hansı cütlüklərdə ola bilər? Düşünürəm ki, Belçika toparlansa Fransanı, İsveçrə İtaliyanı, Danimarka isə Almaniyanı büdrədə bilər. Bu üç qarşılaşmadan heç olmasa birində sensasiya yaşanması ehtimalı böyükdür. Baxmayaraq ki, İtaliyanın bu oyunla ? finala adlamasının özü də sensasiya sayılacaq. Bir sözlə, Avropa çempionatı indi başlayır. Bundan sonra taktika, zəka döyüşü də ön planda olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR