Onlayn ictimai-siyasi qəzet
"Çoxdur, ərin pulu olmaya-olmaya arvad dirəşir ki, plastik əməliyyat etdirsin. Kompleks halını alıb, hamı özündə qüsur axtarır. Bunlara beyinşəkilləndirmə də etsinlər".
Musavat.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Şən gənc" proqramında deyib. Aktyor plastik əməliyyatları pisləyib. O bildirib ki, 15 yaşlı qızlar ölastik əməliyyat etdirir:
"Həyatda kim üçün yaşadıqlarını anlasınlar. Plastik əməliyyat trend halını alıb. Xəstəlikdir. Özlərində çatışmayanı formalaşdırırlar. Olmaz.. Kiçik toxunuşlar olar, müasir dövrdür. Kiminsə hansısa kompleksi var. Amma vəhşicəsinə, inqubator kimi bir-birinin arxasınca, oxşarlıq robotlaşma gedir. Qadınlarımız bir-birinə oxşayır. 15, 16 yaşında qızlarımız bıçaq altına yatır. Bu, böyük bir faciədir. Gələcəyimiz üçün faciədir. Bunların ana, həyat yoldaşı olmağı, cəmiyyətdə formalaşmağı var. Çalışın gözəlləyi daxilinizdə axtarın, gözəlləşdirin, üzünüzə vuracaq".
Əməkdar artist Rafael İsgəndərov isə "Onun valideyni fikirləşmir, bıçaq altına göndərir? Sabah onunla ailə qurmaq istəyəndə bu sifətinə görə evlənəcək" reaksiyasını verib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ