Onlayn ictimai-siyasi qəzet
“Güclü lider, güclü ordu, güclü Vətən, can Azərbaycan! Ali Baş Komandan, müzəffər prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla Azərbaycan xalqına tarixi qürur yaşadıb. Beləliklə, Azərbaycan əraziləri üzərində nəzarəti təmin və suverenliyini tam bərpa edib”.
Bu fikirləri Musavat.com-a Türkiyənin ölkəmizdəki keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. Eks diplomat qeyd edib ki, bundan sonra tarix fərqli yazılacaq: “15 oktyabr həm can Azərbaycan, həm də bütövlükdə türk dünyası üçün tarixi gündür. Can Azərbaycan bundan sonra yoluna güclü addımlarla davam edəcək. Prezident bu tarixi uğuru böyük liderlik, diplomatik və siyasi dühası ilə qazanıb. Bu müddətdə Birinci vitse-prezident Mehriban Əliyeva da hər zaman Prezidentin yanında olub, onu dəstəkləyib. Azərbaycan xalqı Birinci vitse-prezidentin bu dəstəyini unutmayacaq. Bu da tarixə yazılacaq”.
Nigar,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ