İnsanlara hürriyət, millətlərə istiqlal!

“15 ildir bu günü xəyal edirəm” - Mərdandan sevgi etirafı

Ötən gün müğənni Mərdan Kazımovun ilk solo konserti baş tutub.

Musavat.com xəbər verir ki, "STEREOHALL"da baş tutan konsertdə müğənni öz repertuarından sevilən hitlərini bir-birinin ardınca səsləndirib.

Səbəbkar konsertin gedişatında qazandığı uğurları üçün səhnədən ailə üzlərinə, xüsusilə də anasına və həyat yoldaşına təşəkkürünü bildirib.

“Yar, aman yar” mahnısı ilə konsertin açılışını edən müğənnini rəqqaslar müşayiət edib.

“15 ildir bu günü gözləyirəm. Xəyal edirəm. Təşəkkür edirəm ki, bu gün məni tək qoymadınız”, - deyə Mərdan Kazımov bildirib.

Mərdan Xalq artisti Mələkxanım Əyyubova, Orxan Zeynallı, Jay Meel ilə birlikdə duetlərini ifa edib.

Müğənni Xalq artisti Mübariz Tağıyevin məşhur “Bir sabah” mahnısını yeni aranjemanda qonaqlara təqdim edib.

Mərdanın qrupunun üzvü Laçın səhnəyə çıxaraq sevdiyi xanıma evlənmə təklifi edib.

Mərdan Kazımov isə öz xanımı, bloger Nəzrin Nəcəfovaya sevgi etirafı edib.

“Bir il öncə toyumuz oldu. Səni çox sevirəm. Dəstəyin sonsuzdur. Təşəkkür edirəm” - deyərək “Sevdim səni bir kere” mahnısını ifa edib.

Tamaşaçılar səsləndirilən musiqilərin sədaları altında bolluca rəqslər ediblər. Konsert bitsə də, tamaşaçılar “Bir daha” sədaları altında müğənnini səhnəyə çağırıblar. Mərdan yenidən səhnəyə çıxaraq “Yaşa, Azərbaycan” mahnısını ifa edib”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR